- Köhnə - İdman
- 22 Mart 2017 12:22
- 3 382
Azərbaycan təmsilçilərinin hakimlik dərəcələri müəyyənləşdi
Gürcüstanın Tbilisi şəhərində keçirilmiş (11-16 fevral) batut, tamblinq və ikili mini batut üzrə beynəlxalq hakimlik kurslarının nəticələri açıqlanıb.
Azərbaycan Gimnastika Federasiyasından AzNews.az-a verilən məlumata görə, kurslarda iştirak etmiş Azərbaycan təmsilçiləri Kamil Quliyev batut gimnastikası üzrə 4-cü, Abdulla Qasımov tamblinq üzrə 4-cü, Adil Hüseynzadə isə tamblinq üzrə 3-cü hakimlik dərəcəsini əldə ediblər.
Qeyd edək ki, bu kateqoriyalar hazırkı Olimpiya dövrü ərzində (2017-2020) qüvvədə olacaq.