Almaniyanın “Der Spiegel” nəşri Portuqaliyalı futbolçu Krtiştianu Ronaldunun 2009-cu ildə ABŞ-da təcavüzdə ittiham olunmamaq üçün ödədiyi pulun qəbzini yayımlayıb. Almaniyanın “Der Spiegel” nəşri Portuqaliyalı futbolçu Krtiştianu Ronaldunun 2009-cu ildə ABŞ-da təcavüzdə ittiham olunmamaq üçün ödədiyi pulun qəbzini yayımlayıb.

Ronaldunun 20 yaşlı qızı zorlaması sübut olundu- FAKT

Almaniyanın “Der Spiegel” nəşri Portuqaliyalı futbolçu Krtiştianu Ronaldunun 2009-cu ildə ABŞ-da təcavüzdə ittiham olunmamaq üçün ödədiyi pulun qəbzini yayımlayıb.

AzNews.az xəbər verir ki, nəşr Ronaldunun vəkili Osorio de Kastro ilə zərərçəkmiş qıza kompensasiya ödənilməsi ilə bağlı yazışmalarını təqdim edib. Əvvəlcə söhbət 660 min avrodan getsə də, hər iki tərəf sonradan 260 min avroya razılığa gəliblər. Bundan başqa, Ronaldu vəkillərə də pul ödməyə razılıq verib.

Qızın hesabına göndərilən pulun qəbzini isə Ronaldu öz şəxsən imzalayıb.

“Der Spiegel” nəşri hadisəylə bağlı araşdırmasının ilk hissəsini 14 aprel tarixində yaymışdı. Nəşrin iddiasına görə, hadisə 2009-cu il 13 iyun tarixində Ronaldunun ailəsi ilə birlikdə Las-Vegasda istirahət etdiyi vaxt baş verib. Futbolçunu 20 yaşlı qızı zorlamaqda ittiham ediblər. Nəşr yazır ki, 12 yanvar 2010-cu il tarixində futbolçunun vəkili qızın təcavüz barədə polisə müraciət etməməsi müqabilində ona 375 min dollar ödəyib. Futbolçu bu iddiaları “jurnalistikanın fantaziyası” adlandırmışdı.