09:47
(077) 610-22-33

Millimiz İslamiadaya heç-heçə ilə başladı

  • >
1 604 8 May 2017 21:09 | İdman

IV İslam Həmrəyliyi Oyunlarına bu gün Bakıda keçiriləcək futbol yarışları ilə start verilib.

AzNews.az Qol.az-a istinadən xəbər verir ki, açılış matçı Səudiyyə Ərəbistanı və Mərakeşin 23 yaşadək futbolçulardan ibarət komandaları arasında olub. Oyun Afrika təmsilçisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Günün ikinci oyununda Türkiyə Əlcəzairə uduzub - 1:2. Digər görüşdə Fələstin Omanla qarşılaşıb. Oyun 2:2 hesablı bərabərliklə başa çatıb.

A qrupunda yer Azərbaycan milli komandası isə ilk görüşdə Kamerun yığması ilə üz-üzə gəlib. "Bayıl Arena"da keçirilən oyun qolsuz bərabərliklə başa çatıb.

Qeyd edək ki, IV İslam Həmrəyliyi Oyunlarının açılış mərasimi mayın 12-də keçiriləcək. 56 ölkənin və İslam Həmrəyliyi İdman Federasiyasının (İHİF) bayrağı altında çıxış edəcək idmançılar 20 növ üzrə 269 medal dəsti uğrunda mübarizə aparacaqlar.

Bağla X