10:17
(077) 610-22-33

Millimizin kapitanı məşqçi kimi ilk uğurunu qazandı

  • >
1 470 10 May 2017 18:56 | İdman

Milli komandamızın və "Qarabağ"ın kapitanı Rəşad Sadıqov baş məşqçi kimi ilk titulunu qazanıb.

AzNews.az Qol.az-a istinadən xəbər verir ki, onun çalışdırdığı "Qarabağ"ın U-19 komandası vaxtından əvvəl çempionluğu rəsmiləşdirib.

U-19 Liqasının 31-ci turunda bu gün "Qəbələ" ilə keçirilən oyunda Ağdam təmsilçisi 3:1 hesablı qələbə qazanıb.

Xallarını 84-ə çatdıran "Qarabağ" ən yaxın izləyicisi "Qəbələ"ni 10 xal geridə qoyub və sona 3 tur qalmış çempion adını qazanıb.

Rəşad Sadıqovun komandası ölkəmizi UEFA Gənclər Liqasında (Çempionlar Liqasının analoqu) təmsil edəcək.

Qeyd edək ki, R.Sadıqov "Qarabağ"ın U-19 komandasına bu mövsümdən rəhbərlik edir.

Top xəbərlər
Bağla X