16:53
(077) 610-22-33

Daha bir boksçumuz yarımfinalda

  • >
2 120 15 May 2017 14:58 | İdman

Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunları çərçivəsində boks yarışlarında Azərbaycan millisinin üzvü Tayfur Əliyev (56 kq) ilk döyüşünə çıxıb.

Azərbaycan Boks Federasiyasından AzNews.az-a verilən məlumata görə, 20 yaşlı idmançının debütü 1/4 final mərhələsinə təsadüf edib. O, Avropa Oyunlarının mükafatçısı Taoufik Kaçfi (Mərakeş) ilə qarşılaşıb.

Döyüş vaxtından əvvəl təmsilçimizin xeyrinə başa çatıb. T.Əliyev I raundda rəqibinin qaşını partladığı üçün texniki qələbə qazanıb.

Boksçumuz mayın 17-də baş tutacaq yarımfinalda özbəkistanlı Abdulxay Şaraxmatovla qarşılaşacaq.

Qeyd edək ki, T.Əliyevədək Cavid Çələbiyev (60 kq) və Teymur Məmmədov (91 kq) da 1/2 finala vəsiqə qazanıblar.

Top xəbərlər
Bağla X