08:03
(077) 610-22-33

Qadın taekvandoçumuz qızıl medal qazandı

  • >
1 314 16 May 2017 22:06 | İdman

Bu gün IV İslam Həmrəyliyi Oyunlarında qadın taekvandoçumuz Eriş Yaprak final mərhələsində mübarizəsini davam etdirib.

AzNews.az Trend-ə istinadən xəbər verir ki, bu görüşdə onun rəqibi Türkiyə təmsilçisi Altunel Durdane olub.

İdmançımız rəqibini 5:4 hesabı ilə məğlub edərək ölkəmizə növbəti qızıl medalı qazandırıb.

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.

Bağla X