03:42
(077) 610-22-33

Serbiyalı futbolçu ilə müqavilə bağlandı

  • >
377 8 Fevral 2013 11:07 | İdman

“Bakı” daha bir transferini həyata keçirib




Apasport.az saytının məlumatına görə, paytaxt təmsilçisi serbiyalı yarımmüdafiəçi Risto Ristoviçi transfer edib. Bunun üçün "Bakı" Serbiyanın "Novi Pazar" klubuna transfer məbləği ödəməli olub.

24 yaşlı mərkəz yarımmüdafiəçisi hələ Antalyada olarkən "Bakı"nın düşərgəsində baxışda idi. O, komandanın "Berqiş Qladbax" və "Osiyek"lə yoxlama oyunlarında meydana çıxmışdı. Almaniya təmsilçisi ilə matçda yaxşı təsir bağışlamayan Ristoviç, görünür, qolsuz heç-heçə ilə başa çatan xorvatlarla görüşdə məşqçilər heyətinin qərarının müsbətə doğru dəyişməsinə səbəb olub.

Qeyd edək ki, Ristoviç ilk dəfə legioner həyatı yaşayacaq. Belə ki, o, "Novi Pazar"dan əvvəl ölkəsində "Maçva", OFK, "Vuyiç Voda" (icarə) və "Banat" klublarının şərəfini qoruyub.
Bağla X