22:41
(077) 610-22-33

Neymarın debütü yubanacaq

  • >
2 052 5 Avqust 2017 17:12 | İdman

PSJ-nin yeni transferi Neymar Fransa çempionatının 2017/18 mövsümünün ilk turunda iştirak etməyəcək.

AzNews.az “APA”ya istinadən xəbər verir ki, braziliyalı hücumçu komandasının “Amyen”lə bu gün baş tutacaq oyununu buraxacaq.

Buna səbəb transfer sənədlərinin gecikdirilməsidi. Nəticədə parislilər onun adını çempionatın iştirak ərizəsinə vaxtında daxil edə bilməyiblər.

Neymar PSJ-nin bugünkü matçına tribunadan baxmalı olacaq.

Qeyd edək ki, Braziliya yığmasının üzvü PSJ-yə 222 milyon avro qarşılığında “Barselona”dan keçib.

AzNews.az

Bağla X