"Qarabağ”ımızın Çempionlar Liqasının qrup mərhələsinin ilk ev oyununda qarşılaşacağı “Roma”yla matçın bilet satışı davam edir. "Qarabağ”ımızın Çempionlar Liqasının qrup mərhələsinin ilk ev oyununda qarşılaşacağı “Roma”yla matçın bilet satışı davam edir.

“Qarabağ” - “Roma” oyununa 58 min bilet satıldı

"Qarabağ”ımızın Çempionlar Liqasının qrup mərhələsinin ilk ev oyununda qarşılaşacağı “Roma”yla matçın bilet satışı davam edir.

Klubun mətbuat xidmətindən AzNews.az-a verilən məlumata görə, artıq bu qarşılaşmaya satılan biletlərin sayı 58 000-ə çatıb. Satışda yalnız 2 manatlıq biletlər qalıb.

Azarkeşlərimiz biletləri aşağıda qeyd olunan satış məntəqələrindən və onlayn olaraq iTicket.az saytından əldə edə bilərlər. Biletləri əldə edərkən şəxsiyyət vəsiqəsi təqdim olunmalıdır. Qeyd edək ki, “Qarabağ” - “Roma” matçı sentyabrın 27-si saat 20:00-da start götürəcək.