Yaponiyada keçirilən dünya çempionatı çərçivəsində "Toyota" yarış sürücüsü Sebastyen Buemi boksda maşınında yatıb qalıb. Yaponiyada keçirilən dünya çempionatı çərçivəsində "Toyota" yarış sürücüsü Sebastyen Buemi boksda maşınında yatıb qalıb.

Məşhur sürücü yarış vaxtı sükan arxasında yatıb qaldı - Video

Yaponiyada keçirilən dünya çempionatı çərçivəsində "Toyota" yarış sürücüsü Sebastyen Buemi boksda maşınında yatıb qalıb.

AzNews.az xarici KİV-ə istinadən xəbər verir ki, isveçrəli dünya çempionu məşq xarakterli yürüşə hazırlaşarkən gözləməkdən yorulub və sükan arxasındaca yatıb.

Sürücünün komanda yoldaşları onu radioəlaqə vasitəsilə oyatmağa çalışsa da, sürücü xoruldamağa davam edib.

Rəqiblərindən biri Bueminin maşına vurduqdan sonra o, oyana bilib. Yarış təşkilatçılarının sözlərinə görə, pilot uzun müddət təyyarə ilə uçduğuna görə yorulub.