"Çelsi" klubu İngiltərə Premyer Liqasında XII turun oyununu keçirib. "Çelsi" klubu İngiltərə Premyer Liqasında XII turun oyununu keçirib.

"Çelsi" İngiltərə Premyer Liqasında ikinci pilləyə yüksəlib

"Çelsi" klubu İngiltərə Premyer Liqasında XII turun oyununu keçirib.

AzNews.az Report-a istinadən xəbər verir ki, "zadəganlar" səfərdə "Vest Bromviç"lə üz-üzə gəlib.

Görüş qonaqların böyükhesablı qələbəsi ilə yekunlaşıb - 4:0. Hesabı 17-ci dəqiqədə Alvaro Morata açıb. Bundan 6 dəqiqə sonra Eden Azar fərqi artırıb. 38-ci dəqiqədə Markos Alonso üçüncü qolu vurub. 63-cü dəqiqədə isə Azar "dubl" edərək, yekun nəticəni müəyyənləşdirib.
Bununla da xallarını 25-ə çatdıran "Çelsi" 2-ci pilləyə yüksəlib. 10 xala malik "Vest Bromviç" isə 17-ci pilləyə enib.

"Çelsi" növbəti oyununu noyabrın 22-də Bakıda "Qarabağ"a qarşı keçirəcək. Bakı Olimpiya Stadionunda təşkil olunacaq qarşılaşma saat 21:00-da başlanacaq.