İlin ən yaxşı idmançısı seçilən Hacı Əliyev mükafatlandırma mərasimindən sonra jurnalistlərin suallarını cavablandırıb. İlin ən yaxşı idmançısı seçilən Hacı Əliyev mükafatlandırma mərasimindən sonra jurnalistlərin suallarını cavablandırıb.

“Qızım idmançı ola bilməz, çünki...” - Üçqat dünya çempionumuz

İlin ən yaxşı idmançısı seçilən Hacı Əliyev mükafatlandırma mərasimindən sonra jurnalistlərin suallarını cavablandırıb.

AzNews.az “Qafqazinfo”ya istinadən onun müsahibəsini təqdim edir:

- İlin idmançısı seçilməyiniz haqqında fikirləriniz maraqlıdır...

- Əlbəttə sevinirəm ki, mən 2017-ci ildə ilin ən yaxşı idmançısı seçildim. 2014-cü ildə də ilin ən yaxşı idmançısı seçilmişdim və artıq iki ildən sonra yenə birinci oldum. Qazandığım uğurların bugünkü nəticələridir. Sevinirəm ki, həm ölkəmizi dünyada layiqli təmsil edirəm, Azərbaycanımızın bayrağını bütün ölkələrdə qaldırıram. Gələcək yarışlarda, illərdə də yaxşı nəticələr qazanacam. Nə qədərki, idmandayam hər il ən yaxşı olmağa çalışacam.

- İdmanla neçə yaşınızdan məşğul olursunuz?

- İdmanla 9-10 yaşlarımdan məşğulam. Hamıya məlum məsələdir ki, atam məni güləşə yönləndirirdi. Çünki özü güləşçi olub və bunu hər zaman qeyd edirəm yaxşı ki, güləşə gəlmişəm. Həqiqətən çətin olsa da, həm ölkədə cəmiyyət tərəfindən, həm də dünyada sevilir. Şükürlər olsun ki, bu idmanda belə gözəl nəticələr əldə etmişəm.

- Atanız əgər güləşçi olmasaydı hamsı peşəni seçərdiz?

- Peşə deməzdim amma futbolu seçərdim. Çünki, futbol oynamağı xoşlayıram.Bəlkə güclü futbolçu olmazdım, amma ən azından milli komanda heyətində oynayardım.

- Sizin üçün ən çətin yarış hansı olub?

- Bütün yarışlar çətindir: Avropa, dünya çempionları, Olimpiya Oyunları. Rio-2016 Yay Olimpiya Oyunlarında çox çəki salmışdım. 12 kiloya yaxın çəki azaltmağıma görə mənim üçün ən çətin yarış idi. Mən üç dəfə dünya çempionuyam. Hər dünya çempionatları çətin olur. Hər dəfə çətin qələbə qazanmışam.

- Ən çox qalib olmaq istədiyiniz yarış hansı olub?

- Olimpiya və dünya çemponatlarıdır. Sözsüz ki, bütün idmançılardan soruşanda uşaqlığından deyir ki, dünya çempiyonu olmaq istəyirəm. Mən dünya çempionu olmuşam .

- Ailəlisiz?

- Bəli.

- Övladlarınız varmı?

- Bəli.

- Övladlarınızın idmançı olmasını istəyərdiniz?

- Qız övladım var və yəqin ki, idmana qoymayacam. Amma gələcəkdə oğlan övladım olsa, idmanla məşğul ola bilər. Amma bu da onun öz seçimi olacaq. Onu məcbur etməyəcəm ki, sən mütləq güləşməlisən. Sadəcə istəsə, arxasında duracam.

- Bəs qızınız idman sahəsini seçsə, sizin reaksiyanız necə olar?

- Qızım idman sahəsini seçə bilməz. Çünki, bizim nəsildə ümumiyyətlə qadın idmançı yoxdur. Çalışacam ki, qızım savadlı olsun və bir neçə universitet oxusun. Mənim üçün qızımın tərbiyəsi, əxlaqı və savadı önəmlidir.

- Olimpiadadan danışdıq. Əsas rəqib kimi görürsünüz?

- Mübarizə apardığım 65 kq-da qaydalar dəyişdiyi üçün idmançılar 70 kiloqrama qalxdı. Sonuncu Olimpiadada hamı 70-74 kq-da mübarizə aparıb. Ola bilər ki, 60 kq-da yarışdım. Rəqiblər hamısı dəqiqləşdi. Elə bir güclü tanışım, qorxduğum kimsə yoxdur.

- Vladimir Xinçeqaşvilidən qisas ala bilməyəcəyiniz üçün üzülürsünüz?

- Üzülmürəm. Əslində son dünya çempionatında mən ona qalib gəlməsəm də, qabaqladım. Finalda rus idmançını uddum və birinci oldum. O isə 3-cü yerə çıxdı. Ola bilər ki, yenidən qarşılaşaq. O, 61 kq-da çıxış edir.

- Digər idman növlərində yarışan hansı idmançılarla münasibətləriniz var?

- Demək olar ki, çoxu ilə. Boksçularımızdır, cüdoçularımızdır, karateçilərimizdir, futbolçularımızdır. Hər idman növündə bəlkə 10 yaxın idmançı var. Dostluq edirəm.

- Heç onlarla güləşmisiz?

- Xeyr. Onlarla güləşməmişəm. Çalışırıq ki, mehriban olaq. Həmişə istəmişəm ki, bütün idman növlərində mübarizə aparan idmançılarımız seçilsinlər.

- Üç dünya çempionluğundan hansı daha şirindir?

- Sözsüz ki, üçüncü. Çünki tarix yazıldı.

- Sərbəst güləşdə idealınız kimdir?

- Düzdür, belə idmançılar var. Hansı ki, onlar 7-8 dəfə dünya çempionu olublar. Lakin onların ilk dünya çempionluğu 19-20 yaşında olub. Məndə isə 23-24. Amma yenə də onlara çatmağa çalışacam.

- Futbolda hansı kluba azarkeşlik edirsiniz?

- “Real”.

- Azərbaycanda?

- “Qarabağ”ın Çempionlar Liqasına vəsiqə qazanması hamımızı sevindirdi. Bu uğuru qazana ilk Azərbaycan komandasıdır. Tək mən yox, hamı onlara dəstək olmağa çalışdı. Burda olan bütün oyunları stadiondan istəmişəm. İstəyərdim ki, ÇL-in qrupunda da nəticə qazansınlar. Amma alınmadı. Bura kimi gəlmələri də böyük şeydir.

- Bakıdakı bütün oyunlara stadionda baxdınız?

- Bəli.

- “Real” Çempionlar Liqasının 1/8 final mərhələsində PSJ ilə qarşılaşacaq. Şansları necə dəyərləndirirsiz?

- Madrid klubu qalib gələcək.

- Səncə, yenidən UÇL-i qazana biləcəklərmi?

- Yüz faiz.

- Əsas rəqib hansı komandadır?

- Heç bir komanda “Real”a rəqib deyil.

- Üçüncü dünya çempionluğundan sonra ölkə başçısı İlham Əliyev sizi ordenlə təltif etdi...

- Ölkə başçısına təşəkkür edirəm. Fərqli təqaüdə layiq görüldüm. Mənim çəkdiyim əziyyətin bəhrəsidir. Onsuz da qazandığım bütün nəticələrə dövlət tərəfindən diqqət göstərilib. İdmandan uzaqlaşsam, belə bu mənim yaxşı yaşamağım üçün ordendir.

- Bir çox idmançılarımız üçün Tokio-2020 son Olimpiada olacaq. Sizin üçün necə?

- İnşallar Olimpiya çempionu olsam, karyeramı bitirəcəm. Fəaliyyətimi başqa sahədə davam etdirəcəm. Amma bilmək olmaz. Bəlkə elə həvəs gələcək ki, davam edəcəm.

- Öz çəkinizdə kimi davamçı kimi görürsüz?

- Bu çəkidə rəqiblər var. Azərbaycan çempionatında hamısı üzə çıxacaq.

- Güləşin qaydaları dəyişdirildi. Necə qarşıladınız?

- Son qərarlar çox pis idi. Çünki çəki salıb 2 saatdan sonra tərəziyə çıxmaq çətindir. Amma çalışırıq ki, buna da öyrəşək. Əvvəlki qaydalara qayıtsaq, daha yaxşı olar.

- Güləş Federasiyasına yeni rəhbər gələcək. Buna münasibətiniz?

- İdmançılar üçün əsas diqqət və qayğıdır. Kim rəhbər olursa olsun idmançılara diqqət ayırsın. Mənə elə gəlir ki, bu da qaydasında olacaq.