Formula 1 Azərbaycan Qran Prisi başlamazdan öncə artıq bir çox komandaların Bakıda mətbuat konfransı baş tutub. Formula 1 Azərbaycan Qran Prisi başlamazdan öncə artıq bir çox komandaların Bakıda mətbuat konfransı baş tutub.

Bakıda yarışmağın çətinliyi əyləc limitini tapmaqdı - Rikkardo

Formula 1 Azərbaycan Qran Prisi başlamazdan öncə artıq bir çox komandaların Bakıda mətbuat konfransı baş tutub.

Daniel Rikkardo, Red Bull komandasının pilotu:

“Monako və Sinqapurdan fərqli olaraq Bakı trekində ötmə üçün daha çox imkan var. Ən böyük çətinlik isə tormozlamaqdır. Əyləc nöqtələrinin sayı çoxdur, səhv etmək yolverilməzdir. Bakıda yarışmağın çətinliyi əyləc limitini tapmaqdır.

Ötən il Azərbaycan Qran Prisində baş verənlər bir çoxları üçün ağlasığmaz idi. Keçən həftə Şanxayda olduğu kimi komandanın möhtəşəm strategiyası var idi. Yarışın qalibi olacağım ağlıma belə gəlməzdi, amma rəqiblərimin hamısını ötüb keçirdim. Finiş xəttini keçəndə yarışı qələbə ilə başa vurmağıma inana bilmirdim. Gərgin, əyləncəli və unudulmaz bir yarış idi”.

Maks Ferstappen, Red Bull komandasının pilotu:

“Keçən mövsüm mənim üçün uğurlu olmadı. Bolid əla vəziyyətdə idi, mən isə bir sıra problemlərlə üzləşdim. Podium, hətta bəlkə də qələbə qazanmaq fürsətini əldən qaçırdım. Bu il qaçırdığım fürsəti dəyərləndirəcəyimə ümid edirəm.

Bolidimizə tam uyğun gəlməsə də Bakı trekini bəyənirəm. Düz yol çox uzun olduğu üçün orada bir az vaxt itiririk. İçərişəhərdən keçən dar döngə televizordan möhtəşəm görünsə də elə dəqiqliklə dönməlisən ki, heç bir səhvə yol verməyəsən”.

AzNews.az