20:34
(077) 610-22-33

Şvartsenegerin məşqçisi vəfat etdi

  • >
203 24 Mart 2013 06:40 | İdman

Kulturizm üzrə beynəlxalq "Cənab Olimpiya" yarışının təşkilatçısı Co Uayder 93 yaşında vəfat edib.

Lent.az-ın məlumatına görə, o, hələ 17 yaşın olanda kulturizm haqqında ilk məqaləsini çap etdirməklə bu idman növünü təbliğ etməyə başlayıb.

Uayder 1946-cı ildə bu "bodibild" idman növünün, Beynəlxalq Bodibilderlər Federasiyasının əsasını qoyub. 1965 –ci ildə "Cənab Olimpiya" müsabiqəsini təsis edib.

Bundan başqa o,kulturizm haqqında bir neçə məşhur jurnalın təsisçisi olub.

Uayder həm də məşqçilik edib. Onun tələbələri arasında dünyanın tanınmış kulturistləri, o cümlədən Arnold Şvartseneger də var.

AzNews.az
Bağla X