Futbol üzrə braziliyalı 2 qat dünya çempionu Kafu Bakıya gələcək Futbol üzrə braziliyalı 2 qat dünya çempionu Kafu Bakıya gələcək

Braziliyalı futbol ulduzu gələcək

Futbol üzrə braziliyalı 2 qat dünya çempionu Kafu Bakıya gələcək

Bu barədə Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova xəbər verib. Onun sözlərinə görə, 48 yaşlı sabiq müdafiəçi sentyabrın 26-da “Boulevard Hotel”də Xüsusi Olimpiya Hərəkatının dünya üzrə səfiri elan edilməsi ilə bağlı sənədin imzalanması mərasimində iştirak edəcək.

Kafunun jurnalistlərlə görüşü də nəzərdə tutulub.

Qeyd edək ki, Kafu 1994 və 2002-ci illərdə dünya çempionu olub. (virtualaz.org)

AzNews.az