19:48
(077) 610-22-33

“İran azərbaycanlılara qarşı irqçiliyə göz yumur“

  • >
78 10 May 2013 12:44 | İdman

İran Futbol Federasiyası (İFF) "Traktorsazi" komandasının oyunları zamanı azərbaycanlıların ünvanına yönələn irqçi davranışlara göz yumur. Bu barədə İran futbolunu çoxdan müşahidə edən şəxslərdən biri "eurasiareview.com"a açıqlama verib.

Həmin şəxs bildirib ki, İran Azərbaycanının paytaxtı Təbrizi təmsil edən klubu çoxları etnik və milli bağlılığın təzahürü hesab edir. "Traktorsazi" hara getsə, komandanın əleyhdarları təhqiramiz şüarlar səsləndirirlər. Onlar hətta eşşək səsi çıxarırlar: "Mən yeniyetmə olduğum vaxt məhz bunun üstündə düşən insidenti xatırlayıram".

Müşahidəçinin fikrincə, İFF-in belə hallara göz yumması dövlət səviyyəsində digər millətlərə qarşı ayrı-seçkilikdən irəli gəlir.

Qeyd edək ki, FİFA futbolda irqçilik hallarına qarşı ciddi mübarizə aparır. Lakin Yaxın Şərq ölkələrində, o cümlədən, İranda belə hallar cəzasız qalmaqdadır (lent.az).

AzNews.az
Bağla X