17:52
(077) 610-22-33

“Bakı”nın futbolçusu sürücü tərəfindən döyülüb

  • >
359 22 May 2013 18:10 | İdman

"Haqqımızda yazılanlar doğrudur. Komanda yoldaşımla birgə yolda xoşagəlməz halla üzləşdik".


Bu fikirləri apasport.az saytına açıqlamasında "Bakı"nın futbolçusu Əziz Quliyev deyib.

Azərbaycan yığmasına da cəlb olunmuş milliləşdirilən rusiyalı legioner "zolaqlılar"ın yollarını ayırdığı litvalı futbolçu Deyvidas Çesnauskislə birgə yol nəqliyyat hadisəsindən sonra xəsarət alıblar.

Belə ki, "BMW"nin sükanı arxasında olan Əziz "Jiquli"nin sürücüsü ilə münaqişəsi nəticəsində ağır zərbələr alaraq xəstəxanaya çatdırılıb.

Baş verənləri yada salmaq istəməyən 26 yaşlı futbolçunun sözlərinə görə, cərrahiyyə əməliyyatına ehtiyac olmayıb: "Açığı, bu olay haqda çox danışmaq istəmirəm. Onu deyə bilərəm ki, 1 gün Mərkəzi Gömrük Klinikasında oldum. Zərbə nəticəsində üz sümüyüm qırılıb. Artıq xəstəxanadan çıxmışam. İndi vəziyyətim yaxşıdır və bir neçə günə məşqlərə başlaya biləcəyəm. Çesnauskis Azərbaycanı tərk etdi. Mən isə "Bakı"da qalıram. Klubla 2015-ci ilədək müqaviləm var".

AzNews.az
Bağla X