10:16
(077) 610-22-33

“Neftçi“nin final oyununda kütləvi dava - VİDEO

  • >
240 28 May 2013 21:18 | İdman

Azərbaycan kubokunun bu gün baş tutan final oyunundan dərhal sonra qalmaqal baş verib.

Buna "Neftçi"nin qapıçısı Saşa Stamenkoviçlə "Xəzər Lənkəran"ın baş məşqçisi Con Toşak arasında yaranmış mübahisə səbəb olub.

Con Toşak meydana daxil olaraq Stamenkoviçə etirazını bildirib. Sonra serbiyalı qapıçı yaxınlaşaraq Toşakın əlini sıxıb. Lakin bundan sonra Stamenkoviçlə rəqibin futbolçuları bir-birinin ünvamına təhqirlər yağdırıb. Nəticədə meydanda hər iki komandanın üzvləri arasında qarşıdurma baş verib.

Futbolçular arasında insidenti yatırtmaq üçün hər iki klubun rəsmiləri müdaxilə edib. Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev də VİP tribunadan düşərək futbolçuları sakitləşdirməyə çalışıb.//qol.az//




AzNews.az
Bağla X