09:01
(077) 610-22-33

London 2012 - Artıq 34 idmançımız gücünü yoxlayıb - Siyahı

  • >
565 6 Avqust 2012 08:51 | İdman

XXX London Yay Olimpiya Oyunlarının ilk 9 günü Azərbaycan yığması üçün 3 medalla başa çatıb. Apasport.az saytının məlumatına görə, 53 idmançı ilə Böyük Britaniya paytaxtına yollanan millimizin heyətində artıq 34 idmançımız gücünü yoxlayıb.

Onlardan Valentin Xristov, Rövşən Bayramov və Emin Əhmədov çıxışını medalla başa vurub.


Güləş

Rövşən Bayramov (55 kq) - Gümüş medal qazanıb.

Emin Əhmədov (74 k) - Bürünc medal qazanıb.


Atletika

Dmitri Marşin - 20-ci yeri tutub.


Atçılıq

Camal Rəhimov - 60-cı yeri tutub.


Akademik avarçəkmə

Aleksandr Aleksandrov (2000 m) - 5-ci yeri tutub.

Natalya Mustafayeva (2000 m) – 12-ci yeri tutub.


Boks

Elvin Məmişzadə (52 kq) - 1/16 finalda uduzub.

Vətən Hüseynli (81 kq) - 1/16 finalda uduzub.

Heybətulla Hacəliyev (64 kq) - 1/16 finalda uduzub.

Məhəmməd Abdulhəmidov (56 kq) - 1/8 finalda uduzub

Məhəmmədrəsul Məcidov (+91 kq) - 1/4 finala yüksəlib.

Teymur Məmmədov (91 kq) - 1/2 finala yüksəlib.

Soltan Migitinov (75 kq) - 1/8 finalda uduzub.

Yelena Vıstropova (75 kq) - 1/8 finalda uduzub.


Cüdo

İlqar Müşkiyev – ilk görüşdəcə uduzub.

Tərlan Kərimov (66 kq) – 7-ci yeri tutub.

Kifayət Qasımova – ilk görüşdəcə uduzub.

Rüstəm Orucov - 1/8 finalda mübarizəni dayandırıb.

Elnur Məmmədli – ilk görüşdəcə uduzub.

Ramilə Yusubova - 1/8 finalda uduzub

Elxan Məmmədov - 1/8 finalda uduzub.

Elmar Qasımov - 7-ci yeri tutub.


İdman gimnastikası

Şakir Şıxəliyev - 40-cı yer


Atıcılıq

İradə Aşumova (10 m) – 39-cu yeri tutub.

İradə Aşumova (25 m) - 23-cü yeri tutub.


Üzgüçülük

Oksana Hətəmxanova (brass,100 m) – Təsnifat mərhələsində 46 idmançı arasında 44-cü olub.

Yevgeni Lazuka - 38-ci yeri tutub.


Velosiped idmanı

Yelena Çalıx (şosse yürüşü) – finiş xəttinə çata bilməyib.

Yelena Çalıx (ayrı-ayrı start götürməklə fərdi yarışlar) – 20-ci yeri tutub.


Ağırlıqqaldırma

Valentin Xristov (56 kq) – Bürünc medal qazanıb.

Boyanka Kostova (58 kq) - 5-ci yeri tutub.

Əfqan Bayramov (69 kq) - mübarizəni erkən dayandırıb.

Sərdar Həsənov (69 kq) - 8-ci yeri tutub.

İntiqam Zairov (94 kq) - 6-cı yeri tutub.

Veliçko Çolakov (+105 kq) - Londonda zədələndiyi üçün mübarizə aparmayıb.


Qılıncoynatma

Səbinə Mikina - 1/8 finalda uduzub.


AzNews.az


Bağla X