- Köhnə - İdman
- 2 Dekabr 2013 16:27
- 1 474
Güləşçilərimiz Kiyevdə qüvvələrini sınayacaqlar
Azərbaycan Güləş Federasiyasından verilən məlumata görə, turnirdə Azərbaycanı sərbəst güləş üzrə yeniyetmələrdən ibarət yığma komandanın üzvləri təmsil edəcək.
Böyük məşqçi Rövşən Süleymanovun başçılığı altında qızlardan ibarət yığma komanda 4 çəki dərəcəsində mübarizə aparacaq. Heyətdə Ülkər Babayeva (38 kq), Türkan Nəsirova (46 kq), Sona Tumarxanova (49 kq) və Ləman Qurbanova (56 kq) yer alıblar.
Böyük məşqçi Əsgərxan Novruzov və məşqçi Rövşən Hacıyevin rəhbərliyi altında sərbəst güləş üzrə yeniyetmə oğlanlardan ibarət yığma komanda isə tam heyətlə iştirak edəcək. Heyətdə Babək Hüseynov (42 kq), Sabutay Əmişov (46 kq), Elvin Namazov (50 kq), Əfqan Xaşalov (54 kq), Mahir Əmiraslanov (58 kq), Pənah İlyaslı (63 kq), Teymur Məmmədov (69 kq), Maqomedsaid Maqomedsaidov (76 kq), Maqomedrasul Qazımaqomedov (85 kq) və İqbal Hacızadə (100 kq) yer alıblar.
AzNews.az