Azərbaycan yığması Sofiyadan məğlub qayıdır

Basketbol üzrə kişilərdən ibarət Azərbaycan milli yığma komandası "Avrobasket-2013"ün seçmə mərhələsi çərçivəsində növbəti oyununu keçirib. Elxan Əliyevin yetirmələri səfərdə Bolqarıstan komandası ilə görüşüb və 77:94 hesabılə məğlub olub. Millimizin heyətində ən məhsuldar oyunçu Çak Devis olub (19).

Emin Abbasov
AzNews.az