22:30
(077) 610-22-33

“Neftçi“ və “Qarabağ“ın taleyi onların əlində

  • >
734 14 Avqust 2014 16:08 | İdman

UEFA Avropa Liqasının play-off mərhələsinin ilk oyunları çərçivəsində Azərbaycan təmsilçilərinin keçirəcəyi qarşılaşmaların hakimləri bəlli olub.
AzNews.az AFFA-nın saytına istinadən xəbər verir ki, "Qarabağ" - "Tvente" (Hollandiya) oyununu
Almaniyadan olan hakimlər briqadası idarə edəcək. Baş hakim Manuel Qraf, onun köməkçiləri Holger Hensşel, Kristian Gittelmann, dördüncü hakim isə Guido Vinkmanndır.

Görüşün UEFA nümayəndəsi Dimitri Bokeria (Gürcüstan), hakim-inspektoru isə Jorn Vest Larsendir (Danimarka).

"Qarabağ"-"Tvente" matçı avqustun 21-də Bakı vaxtı ilə saat 21:00-da Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.

Həmin gün Bakı vaxtı ilə saat 23:15-də Belqradda keçiriləcək "Partizan" (Serbiya) - "Neftçi" görüşünü isə Türkiyədən olan hakimlər briqadası idarə edəcək.

Baş hakim Hüseyin Göcek, baş hakimin köməkçiləri Mustafa Emre Eyisoy, Orkun Aktas, dördüncü hakim isə Süleyman Abay təyin olunub.
Oyunun UEFA nümayəndəsi Joao Morais (Portuqaliya), hakim-inspektoru isə Adrian D.Kaşadır (Malta).

AzNews.az
Bağla X