03:54
(077) 610-22-33

Azarkeşlər ayağa qalxdı, “Neftçi” isə geri addım atmadı- FOTO

  • >
1 164 11 Sentyabr 2014 19:01 | İdman

Bakının "Neftçi" klubu daha bir futbolçunu heyətinə qatıb.

ANS PRESS-in məlumatına görə, müdafiəçi Elnur Allahverdiyevin adı artıq Peşəkar Futbol Liqasına təqdim olunan sifariş vərəqəsinə daxil edilib. Azərbaycan milli komandasının üzvü bundan sonra paytaxt klubunun uğurları üçün çalışacaq. 2 illik müqaviləyə imza atan E.Allahverdiyev "Neftçi"nin heyətində 14 nömrə altında çıxış edəcək.

Qeyd edək ki, 31 yaşlı E.Allahverdiyev "Ədliyyə" , "Şəfa", MOİK, "Neftçi" (hamısı Bakı), "Turan" (Tovuz), "Qarabağ" (Ağdam), "Xəzər Lənkəran" və "Qəbələ" klublarında forma geyinib.

Müdafiəçi klubun rəsmi saytına açıqlamasında bildirib ki, "Neftçi" mənim üçün doğma klubdur və bura qayıtdığıma görə çox şadam: "Azərbaycan futbolunun ən köklü və titullu klubunda oynamaq həm məsuliyyət, həm də böyük şərəfdir. "Neftçi"nin uğurları üçün əlimdən gələni edəcəyəm və inanıram ki, komanda yoldaşlarımla birgə vəzifəmizin öhdəsindən layiqincə gələcəyik".

Bu məlumat "Neftçi" klubunun rəsmi saytında yer aldıqdan sonra, azarkeşlər "Rədd ol", "Neçə üzün var sənin" sözləri ilə oyunçunun kluba keçməsinə etiraz ediblər.



AzNews.az
Bağla X