11:28
(077) 610-22-33

Yerli komandaya itki

  • >
410 18 Sentyabr 2012 08:43 | İdman

AzNews.az xəbər verir ki, "İnter" klubunun əsas heyət oyunçularından olan Georgi Adamiyanın sıradan çıxması ilə komanda ciddi itki yaşayır. Gürcü futbolçunun "Sumqayıt"la oyundan əvvəl keçirilən məşqlərdən birində zədə aldığı deyilir. Elə buna görə də, Adamiya həmin matçda iştirak etməyib.

Həkim müayinəsindən keçən futbolçunun zədəsinin ciddi olduğu məlum olub və yaxın günlərdə onun Almaniyada əməliyyat olunacağı bildirilir. Georgi Adamiyanın zədəsinə görə, ən azı 3 həftə yaşıl meydanlardan kənarda qalacağı təxmin olunur.

AzNews.az
Bağla X