06:57
(077) 610-22-33

Bankların xarici borcları artdı - 7 milyard manat

  • >
3 378 12 Fevral 2017 16:46 | İqtisadiyyat

Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarının xarici öhdəliklərinin həcmi bu il yanvarın 1-nə 7 milyard 224,8 milyon manat (təxminən 4,2 milyard dollar) təşkil edib.

AzNews.az fins.az-a istinadən xəbər verir ki, ötən il dekabrın 1-i ilə müqayisədə 185,7 milyon manat və ya 2,64% çoxdur.

Son 1 ildə isə bankların xarici öhdəlikləri 979,7 milyon manat (təxminən 570 milyon dollar) və ya 11,94% azalıb.

Hesab edilir ki, xarici öhdəliklərinin dekabr ayında artması manatın məzənnəsinin zəifləməsi ilə bağlıdır. Milli valyuta ucuzlaşmaqda davam etdiyi üçün xarici öhdəliklərin bu ilin yanvar ayında da artım nümayiş etdirməsi proqnozlaşdırılır.

Bağla X