- Köhnə - İqtisadiyyat
- 22 İyun 2017 10:20
- 5 008
Mərkəzi Bank uçot dərəcəsini aşağı saldı
Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin iclası keçirilib.
Bankdan AzNews.az-a verilən məlumata görə, iclasda 22 iyun tarixindən uçot dərəcəsi və likvidlik əməliyyatları üzrə faiz dəhlizinin yuxarı həddinin dəyişməz saxlanılması, faiz dəhlizinin aşağı həddinin isə 12%-dən 10%-ə endirilməsi ilə bağlı qərar qəbul edilib.
Mərkəzi Bankın İdarə Heyətinin uçot dərəcəsinin səviyyəsi haqqında növbəti iclası 1 avqust 2017-ci il tarixinə təyin edilib.