Dünyanın ən populyar kriptovalyutası olan bitkoinin qiyməti ucuzlaşmaqda davam edir. Dünyanın ən populyar kriptovalyutası olan bitkoinin qiyməti ucuzlaşmaqda davam edir.

Virtual pulların qiyməti düşməkdə davam edir

Dünyanın ən populyar kriptovalyutası olan bitkoinin qiyməti ucuzlaşmaqda davam edir.

AzNews.az xəbər verir ki, bitkoin 7,2 min dolar ətrafında alınıb satılır.

Belə ki, "CoinMarketCap" portalının məlumatlarına əsasən, bitkoinin qiyməti 1,56% ucuzlaşaraq 7,2 min dollar təşkil edib.

Alternativ kriptovalyutaların qiymətində də bu gün ucuzlaşma qeydə alınıb. Belə ki, "Ethereum" 8,68% və ya 534 dollaradək, "Ripple"3,43% (0,584 dollara qədər), "Bitcoin Cash" isə 5,56% (935,63 dollaradək) ucuzlaşıb.

Kriptovalyuta bazarının kapitallaşması hazırda 311,583 milyard dollar təşkil edir və bunun 39 faizi bitkoinin payına düşür.