11:56
(077) 610-22-33

“Bu, dünya enerji bazarında sabitliyin yaranması deməkdir”

  • >
5 161 13 İyun 10:30 | İqtisadiyyat

Azərbaycan neftinin Türkiyə və Cənubi Avropa ölkələri vasitəsilə Avropa enerji bazarına çıxarılması həm Avropa qitəsinin, həm də bu xəttin keçdiyi ölkələrin maraqlarına tam cavab verir.

Bu sözləri YAP İcra Katibliyinin Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri, millət vəkili Aydın Mirzəzadə TANAP-ın rəsmi açılışını şərh edərkən dedi.

Deputat AzNews.az-a açıqlamasında qeyd etdi ki, bununla Azərbaycanın apardığı uğurlu xarici siyasət özünün növbəti tarixi nailiyyətə imza atır:

"Bu, milyonlarla yeni iş yerinin yaradılması deməkdir. Bu, dünya enerji bazarında sabitliyin yaranması, iqtisadi əməkdaşlğın sonda mehriban qonşuluğa və sülhə apardığının yaxşı bir nümunəsi deməkdir. Azərbaycan dövləti bu gün ulu öndər Heydər Əliyevin əsasını qoyduğu dövlət siyasəti nəticəsində özünün təbii sərvətlərindən xalqın maraqları üçün istifadə edir. Ölkəmizə gələn gəlir bizi daha da güclü edir, ölkədəki sosial vəziyyəti yaxşılaşdırır, Azərbaycanın dünya birliyində layiqli yer tutmasına kömək edir. Həmçinin, bu faktorlar yaxın gələcəkdə Azərbaycanın öz ərazi bütövlüyünü təmin etməsi üçün ciddi addımlar atılmasını da təmin edir.

A.Mirzəzadə vurğuladı ki, Azərbaycan neftinin dünya bazarına çıxarılması ilə bağlı TANAP-ın açılış mərasiminin keçirilməsi ölkəmizin beynəlxalq nüfuzunun daha da artması üçün növbəti bir zəmindir. Bu tarixi hadisəni dünya çox yüksək qiymətləndirir.

Elgün Mənsimov
AzNews.az

Bağla X