20:09
(077) 610-22-33

“Tengiz Chevroil“ neftini BTC ilə nəql edəcək

  • >
434 11 Dekabr 2013 22:25 | İqtisadiyyat

Bu gün ARDNŞ rəhbərliyi ilə Qazaxıstanın neft və qaz nazirinin müavini Maqzum Mirzaqaliyev arasında görüş keçirilib.
Trend Dövlət Neft Şirkətinin rəsmi saytına istinadən məlumat verir ki, ARDNŞ-nin emal üzrə vitse-prezidenti David Məmmədov Azərbaycanın neft sənayesinin tarixi, eləcə də son illərdə ölkədə həyata keçirilən qlobal və regional əhəmiyyət daşıyan layihələr haqqında ətraflı məlumat verərək, bu layihələr çərçivəsində əldə olunan nailiyyətlərdən, xüsusilə Qazaxıstanın "Kazmunayqaz" şirkəti ilə əlaqələrdən söz açıb.
SOCAR-ın yeni layihələri ilə qonaqları tanış edən ARDNŞ-nin vitse-prezidenti Azərbaycanın enerji sektorunda əldə olunmuş müvəffəqiyyətlər, infrastrukturun yenilənməsi prosesi haqqında qonaqlara ətraflı məlumat verib.
Qazaxıstanın neft və qaz nazirinin müavini M.Mirzaqaliyev isə Azərbaycanın iqtisadi inkişaf tempi baxımından mühüm nailiyyətlər qazandığını söyləyərək, ölkəmizdə həyata keçirilən neft-qaz layihələrinin regional və qlobal əhəmiyyətini yüksək qiymətləndirib.
Nazir müavini ölkəsində həyata keçirilən neft-qaz layihələrinin perspektivlərindən bəhs edib, "TengizChevroil" şirkətinin hasil etdiyi neftin nəql edilməsinin Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə həyata keçirmək arzusunda olduğunu bildirib. O, həmçinin son illərdə Azərbaycanda gerçəkləşdirilən qazlaşdırma siyasətinin Qazaxıstanda böyük maraq doğurduğunu və bu təcrübəni öyrənməkdə maraqlı olduqlarını qeyd edib.
Görüşdə tərəfləri maraqlandıran digər məsələlər ətrafında da müzakirələr aparılıb.


AzNews.az
Bağla X