07:12
(077) 610-22-33

Dünyanı yeni iqtisadi böhran gözləyir

  • >
989 22 Avqust 2012 08:21 | İqtisadiyyat

“Neftin qiymətinin iqtisadi qanunlara uyğun olmadan artması, ciddi fəsadlar verəcək”

Dünyanı yeni iqtisadi böhran gözləyir. Son zamanlar dünya bazarlarında neftin və bir sıra ərzaq məhsullarının qiyməti artmağa başlaması, iri şirkətlərin inflyasiyaya uğraması 2008-ci ildə baş verən böhranın təkrarlanması riskini artırır.

Neftin bir barelinin qiyməti 100 dolları keçib, buğdanın qiyməti keçən ilə nisbətən dünya bazarlarında 20-30 faiz artıb.

Avropanın bəzi ölkələrində iqtisadi böhranın addım səsləri daha aydın eşidilir.

Belə ki, Avropa bazarında geriləyən Fransanın avtomobil istehsalçısı "Peugeot Citroen" şirkətinin gəlirləri 700 milyon avro azalıb. Məşhur fransız avtomobil şirkəti böhranla əlaqədar 8 min işçisini ixtisar etməyə məcbur olub. Hətta şirkət rəhbərliyi bildirib ki, böhranlı vəziyyət davam etdiyi təqdirdə şirkət 2014-cü ildən etibarən Parisdəki zavodunun istehsal fəaliyyətinə ara verməli olacaq. 2012-ci ildə Avropa Birliyinə daxil olan ölkələrin iqtisadi həyatında cərəyan edəcək neqativ proseslər də böhranın gəlişindən xəbər verir.

Avropa Birliyinin iqtisadi inkişafına görə, bir nömrəli olan dövləti Almaniyada da artıq böhranın çox uzaqda olmadığı görünür. Almaniyanın iqtisadiyyat naziri böhranın yaxınlaşması ilə bağlı açıqlamalarında bildirib: "İstehsalda azalma və ixracatın həcminin azalması başlıca olaraq daralan iqtisadiyyatın göstəricisidir. İyul ayında inflyasiyanın 1,9 faiz olması da yenə iqtisadi böhranın yaxınlaşmasına işarədir".

Ekspertlər hesab edir ki, böhranın əsas səbəbi neft qiymətlərinin artmasıdır. "Lukoyl" şirkətinin azərbaycanlı prezidenti Vahid Ələkbərov keçən il Rusiya mətbuatına verdiyi müsahibədə bildirib ki, neftin qiymətinin yüksəlməsi böhrana səbəb ola bilər: "Məhz neftin yüksək qiyməti qlobal iqtisadi böhranın əsas səbəblərindən biridir. 2008-ci ildə neftin qiyməti 140 dollara çatmışdı".

İqtisad elmləri doktoru, professor Zahid Məmmədov isə bu məsələ ilə bağlı nikbindir. O, hesab edir ki, 2008-ci ildə baş verən iqtisadi böhran təkrarlana bilməz. Artıq dünya ölkələrində bunun qarşısını almaqdan ötrü müxtəlif tədbirlər görülüb. Böhran ancaq iqtisadi cəhətdən zəif inkişaf edən ölkələrdə özünü göstərə bilər.


Neftin qiymətinin artması isə böhrana səbəb olmayacaq". Sosioloq Əhməd Qəşəmoğlu da böhranı neftlə əlaqələndirmir: "Dünyada baş verən iqtisadi böhranların əsas səbəbi təkcə neftin qiymətinin artması deyil. Əsas səbəb dünyanın güc mərkəzlərinin qlobal inkişaf barədə təsəvvürlərindəki fəlsəfədədir. Neftin qiymətinin artması da bu səhv fəlsəfənin nəticəsidir. Bəli, dünya iqtisadiyyatı düzgün fəlsəfə, sistemli yanaşma əsasında idarə olunmadığından neft faktorundan siyasi məqsədlə daha çox istifadə olunur. Bu isə öz növbəsində bərbad iqtisadiyyatı daha da bərbad vəziyyətə salır. Ona görə də neftin qiymətinin iqtisadi qanunlara uyğun olmadan artması, təbii ki, ciddi fəsadlar verəcək".


Bahadur Eyuboğlu

AzNews.az

Bağla X