23:17
(077) 610-22-33

Azərbaycan-Almaniya ticarət dövriyyəsi artır

  • >
721 28 Avqust 2012 11:19 | İqtisadiyyat

Bakıda Almaniya-Azərbaycan 14-cü biznes forumu keçirilir. Forumda çıxış edən Almaniya-Azərbaycan İqtisadi İttifaqının icraçı direktoru Florian Şröder qarşılıqlı ticarət dövriyyəsinin artdığını qeyd edib. Onun sözlərinə görə ötən il Azərbaycan ilə Almaniya arasında ticarət dövriyyəsi 1,5 milyard avro olub.

Ölkələr arasında ticarət və iqtisadi əlaqələrin dinamik inkişaf etdiyini vurğulayan icraçı direktor bildirib ki, həcminə görə, Azərbaycan Almaniyanın 7-ci neft tədarükçüsüdür: "Bundan əlavə, Azərbaycandan Almaniyaya meyvə-tərəvəz və bir sıra digər mallar ixrac olunur.
Eyni zamanda, Azərbaycana Almaniyadan avtomobil, ehtiyat hissələri, müxtəlif avadanlıq, təyyarələr ixrac olunur. İllik idxalın dəyəri təxminən 900 milyon avroya bərabərdir".

Gültən
AzNews.az
Bağla X