13:57
(077) 610-22-33

Bir kilo kartof 500 avroya

  • >
1 027 30 Avqust 2012 20:55 | İqtisadiyyat

Dünyada ən baha kartof Fransada La Bonnotte sortudur. Bu cür kartofun bir kiloqramı təqribən 500 avroya satılır.

Qeyd edək ki, bu kartofu ən bahalı, lüks restoranlarda tapmaq olar. Kartof növü dünyanın ən nadir bitkilərindən biri hesab olunur. Sadəcə Fransanın qərbində yetişən və ildə cəmi 100 ton əldə edilə bilən bu kartof zəngin təbii tərkibə malikdir.

La Bonnette kartofu çox həssas və tez əzilən bir bitkidir. Buna görə də bu kartof növü əl üsulu ilə yığılır. Duzlu və ləzətli dadı olduğu üçün dünyada ən bahalı və ən dadlı yemək sayılır.

Bahadur Eyuboğlu
AzNews.az
Bağla X