14:15
(077) 610-22-33

Bakı metrosuna neçə milyard manat sərf olunacaq?

  • >
751 10 Sentyabr 2012 14:48 | İqtisadiyyat

Bakı Metropoliteninin genişləndirilməsinə 8-9 mlrd. manat sərf olunacaq. AzNews.az-ın verdiyi məlumata görə, bunu Bakı Metropolitenin sədr müavini Arif Rəsulov Bakıda keçirilən "Şəhər tunel və yeraltı infrastrukturlar" adlı beynəlxalq konqres-sərgisində çıxış edərkən açıqlayıb.

Arif Rəsulov bildirib ki, metropolitenin perspektiv inkişaf planına əsasən 53 yeni stansiya, 84,3 kilometr yeni metro xətti və ya 165 km-dən çox tunel çəkilməlidir. Onun sözlərinə görə, 1km metro xətti təqribən 100-110 mln. manata başa gəlir: "Bura stansiya, qatar, axırıncı kabellərə qədər hər şey daxildir. 84 km-dən artıq metro xəttinin çəkiləcəyini nəzərə alanda bunu hesablamaq olar".

Onu da qeyd edək ki, hesablamalara əsasən metronun genişləndirilməsi 8,4-9,3 mlrd. manata başa gələcək.

Sədr müavini bildirib ki, "28 May" metro stansiyası sentyabrın 15-də işə düşəcək: "Yeni dərs ilinin başlanması ilə əlaqədar sentyabrın 15-də səhər saat 6-da yeni stansiya işə başlayacaq. Təmir işləri çərçivəsində stansiyada 3 əvəzinə 4 eskalator quraşdırılıb. Bunlardan 2-si 1 metr, 2-si 80 santimetr enindədir".

Eyni zamanda, Bakı Metropoliteninin köhnə stansiyalarının təmiri davam edəcək. 2013-cü ildə "Sahil", "Nizami" və ya "Xətai" stansiyalarından birinin təmirinə başlanacaq.

Sevinc
AzNews.az
Bağla X