00:29
(077) 610-22-33

Dövlət müəssisələrinin kommunal borcu 10 mln manatı keçdi

  • >
373 18 Avqust 2014 10:40 | İqtisadiyyat

Bu ilin yanvar-iyun aylarında Azərbaycan dövlət büdcəsindən maliyyələşdirilən idarə, müəssisə və təşkilatlar tərəfindən 885,8 mln. kVt.saat elektrik enerjisi, 99,1 min Q.kal istilik enerjisi, 71,9 mln. kubmetr təbii qaz, 11,1 mln. kubmetr su, 5,1 mln. manatlıq rabitə xidmətləri istehlak edilib.

"APA-Economics"in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə rabitə xidmətlərinin istehlakı 21,4%, təbii qazın istehlakı 6,8%, istilik enerjisinin istehlakı 6%, elektrik enerjisinin istehlakı 4,2% artıb, suyun istehlakı isə 4,3% azalıb.

İstifadə edilmiş elektrik və istilik enerjisinin, təbii qazın, suyun və rabitə xidmətlərinin ümumi dəyəri 3,9% artaraq 78,1 mln. manat təşkil edib. İstehlakın ümumi dəyərinin 68,0%-ni elektrik enerjisi, 12,7%-ni su, 9,2%-ni təbii qaz, 6,5%-ni rabitə xidmətləri, 3,6%-ni isə istilik enerjisi təşkil edib.

Bu ilin yanvar-iyun aylarında büdcə təşkilatları istifadə olunmuş ehtiyatların ümumi dəyərinin 87,1%-ni və ya ötən ilin müvafiq dövründə 83,4% ödəməklə 10,1 mln. manatını kəsirdə qoyublar. İstehlak edilmiş elektrik enerjisinin 8 mln. manatı, təbii qazın 760,6 min manatı, istilik enerjisinin 546,4 min manatı, suyun 524,0 min manatı, rabitə xidmətlərinin 269,5 min manatı ödənilməyib.

AzNews.az
Bağla X