22:24
(077) 610-22-33

Zaur Hüseynov metronu fransızlara etibar edəcək - Müqavilə

  • >
2 577 19 Avqust 2014 10:44 | İqtisadiyyat

"Bakı Metropoliteni" QSC ilə Fransanın "THALES SA" arasında müqavilə imzalanıb. Bu barədə məlumatı AzNews.az-a "QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev bildirib. Onun sözlərinə görə, imzalanan ilk müqaviləyə əsasən Fransa şirkətindən idarəetmə və işarəvermə avadanlıqlarının alınması nəzərdə tutulub: "İlkin mərhələdə alınacaq avadanlıqlar Bakı Metropoliteninin tikilməkdə olan Avtovağzal və Memar Əcəmi-2 (Bənövşəyi xətt) stansiyalarında istifadə ediləcək. Müqavilədə müasir tələblərə cavab verən, dünya miqyaslı qabaqcıl texnologiyalardan olan idarəemə və işarəvermə avadanlıqlarının alınması, quraşdırılması, proqram təminatı və sair məsələlər ös əksini tapıb".

N.Paşayev əlavə edib ki, yeni sistemin tətbiqi ilə bütün idarəetmə və işarəvermənin tam avomatlaşdırılması, həmçinin bu sahədə insan faktorunun minimuma endirilməsi nəzərdə tutulub.

Qeyd edək ki, "Bakı Metropoliteni" QSC ilə Fransanın daha iki "Alstom Transport SA", "BOUYGUES TRAVAUX PUBLİCS, LLS", şirkəti ilə müqavilə bağlanması nəzərdə tutulur.

Xatırladaq ki, bu ilin mayın 11-də Fransa Prezidenti Fransua Ollandın Azərbaycana rəsmi səfəri zamanı "Bakı Metropoliteni" QSC ilə Fransanın 3 şirkəti arasında 5 Anlaşma Memorandumu imzalanıb. "Alstom Transport SA", "BOUYGUES TRAVAUX PUBLİCS, LLS", "THALES S.A" şirkətləriylə imzalanan Anlaşma Memorandumunda nəzərdə tutulan işlərin həyata keçirilməsi üçün adıçəkilən şirkətlərlə qarşılıqlı əməkdaşlıq edilməsi və müvafiq müqavilələrin imzalanması nəzərdə tutulub.

Amid
AzNews.az
Bağla X