10:29
(077) 610-22-33

38 bağçanın əməkdaşlarına maaş verilmədi

  • >
1 516 18 Sentyabr 2012 12:52 | İqtisadiyyat

Avqustun 1-dən etibarən Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyinə verilən Dövlət Neft Şirkətinə məxsus 38 uşaq bağçasının əməkdaşları hələ də əmək haqqını ala bilməyib.

AzNews.az-ın əldə etdiyi məlumata görə, işçilərin əmək haqlarının azaldılmaqla yanaşı gecikdirilməsi də əməkdaşlar üçün problemlər yaradıb: "Ali təhsilli tərbiyəçinin əmək haqqı 234 manatdan 174 manata endirilib. Neft Şirkətinin tabeliyində olanda çörək pulu də əmək haqqının üstünə əlavə olunurdu. İndi bundan da məhrumuq. Üstəlik də maaşımız vaxtinda verilməyib, işçilərin hamısı narazıdır".

Qeyd edək ki, Əmək Məcəlləsinin 63-cü maddəsinə əsasən mülkiyyətçi dəyişdirildiyi halda əmək haqqı saxlanılmalı olsa da, yeni dəyişiklik zamanı məcəllənin bu tələbi pozulub.

E.Əlosmanqızı
AzNews.az
Bağla X