19:25
(077) 610-22-33

Nobel prospektinin təmirə bağlanmış hissəsi sabah açılır - FOTOLAR

  • >
783 20 May 2015 15:15 | İqtisadiyyat

Alfred Nobel prospektinin Cavanşir körpüsünə doğru, “Ağ şəhər”in qarşısından Afiyəddin Cəlilov küçəsinədək olan təqribən 700 metrlik hissəsində aparılan təmir-tikinti işləri yekunlaşır.


AzNews.az xəbər verir ki, bu haqda məlumatı "Azəryolservis" ASC yayıb.

Məlumata görə, A.Nobel prospektinin iki gündür bağlı olan hissəsində sabah axşamdan etibarən nəqliyyat vasitələrinin hərəkətinin bərpa edilməsi planlaşdırılır.

Qeyd edək ki, A.Nobel prospektinin Cavanşir körpüsünə doğru, "Ağ şəhər"in qarşısından Afiyəddin Cəlilov küçəsinədək olan təqribən 700 metrlik hissəsində təmir-tikinti işləri həyata keçirilir.

Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC tərəfindən aparılan təmir işləri çərçivəsində sözügedən ərazidə köhnə asfalt-beton örtüyünün üst qatı qaşınaraq, yenisi ilə əvəz olunur. Ümumilikdə 13 min kvadrat metr sahəyə yeni asfalt-beton örtüyünün döşənməsi planlaşdırılır. Artıq yol boyu 1400 paqon-metr səki daşı dəyişdirilib. Bundan başqa kommunikasiya xətlərinin dəmir-beton plitələri qaldırılaraq, baxış qapaqları yenilənib, səth suların normal axıdılması üçün zəruri olan ərazilərdə yağış-kanalizasiya sistemi qurulub, yağış barmaqlıqları dəyişdirilib.

Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC yaranmış müvəqqəti narahatçılığa görə bir daha üzr istəyir və sürücülərdən imkan daxilində alternativ yollardan istifadə etməyi tövsiyyə edir.

Xatırladaq ki, A.Nobel prospektinin Yusif Səfərov küçəsinin kəsişməsindən "Ağ şəhər"ə qədər olan 1.6 kilometrlik hissəsində də təmir-tikinti işləri aparılıb. Artıq yol yeni görkəmdə sürücülərin ixtiyarına verilib.
image description image description image description
Bağla X