00:32
(077) 610-22-33

Rövşən Lənkərnaskinin killerinin ölümündə Lotu Quli izi

  • >
1 027 4 Fevral 2013 17:08 | Kriminal

Rusiya mətbuatı Rufo Gəncəlini Lotu Qlinin adamlarının öldürdüyünü iddia edir



Moskvada Rüfət Nəsibov adlı azərbaycanlı "qanuni oğru"nun öldürülməsi ilə bağlı müxtəlif versiyalar irəli sürülüb. "Rosbalt" Rövşən Lənkəranskinin killeri kimi təqdim edilən Rufo Gəncəlinin öldürülməsində hazırda Bakıdakı 8 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən "Lotu Quli" ləqəbli Nadir Səlifovun adının hallandığını bildirib:

"Yanvarın 28-də Nəsibovun ev kirayələdiyi əraziyə killerin maşını gəlib. Cinayətkarlar ona atəş edib və cəsədi maşının yük yerinə qoyaraq aparıblar. Cəsədin tapılacağı güman edilmir. Bu ölümünü Ded Xasanın klanından kimin təşkil etdiyi hələlik məlum deyil. Ancaq qurbanı qətl yerindən aparmaq Lotu Quli ləqəbli Nadir Səlifovun dəst xəttidir. O, son zamanlar Ded Xasanla yaxın olub. "Sxodka"ların birində Lotu Quli "qanuni oğru" adından məhrum edilib. Ancaq Usoyan ona tacını qaytarıb. Lotu Quli Rövşən Lənkəranski ilə düşmən münasibətdədir. O, hazırda Azərbaycanda uzunmüddətli həbsə məhkum edilsə də, onun qruplaşmasının çox saylı üzvü azadlıqdadır və Moskvada da olanları az deyil".


Elnur Əzimov
AzNews.az

Bağla X