20:34
(077) 610-22-33

Balakəndə avtomatdan atəş açan şəxs tutuldu

  • >
231 9 Mart 2013 10:19 | Kriminal

İnsidentin digər iştirakçısının axtarışları davam etdirilir



İki nəfərlə birlikdə Balakən rayonunun Gərəkli kəndinə avtomobillə gələrək avtomatdan atəş açan şəxs həbs edilib. Balakən RPŞ-dən APA-ya verilən məlumata görə, RPŞ-nin axtarış-əməliyyat qrupunun keçirdiyi əməliyyat tədbiri nəticəsində ötən gün "Niva" markalı avtomobillə rayonun Gərəkli kəndinə gələrək avtomat silahdan atəş açan, 1990-cı il təvəllüdlü Balakən şəhər sakini Murad İlqar oğlu Əzizov tutulub.

Murad Əzizov tutularkən ondan atəş açdığı 5,45 çaplı Kalaşnikov avtomat silahı da götürülüb. M. Əzizov istintaqa verdiyi ilkin ifadəsində silahı rayon ərazisindən tapdığını deyib. RPŞ-dən bildirilib ki, hadisənin motivləri axtarış-əməliyyat tədbirləri sona çatdıqdan sonra məlum olacaq.

Hazırda Balakən RPŞ-nin əməkdaşları hadisənin digər iştirakçısı - rayonun Qullar kənd sakini, 1995-ci il təvəllüdlü Emil Şabnus oğlu Dibirovun tutulması istiqamətində axtarışları davam etdirir.

AzNews.az
Bağla X