Daşkəsən rayonunda qətl törədilib. Daşkəsən rayonunda qətl törədilib.

Qohumunun şah damarını kəsdi - Daşkəsəndə dəhşət

Daşkəsən rayonunda qətl törədilib.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə Əhmədli kəndində baş verib.

Həmin kəndin sakini Nafiq Rasim oğlu Quluyev xalasının əri Fikrət Xəlil oğlu İsmayılov tərəfindən qətlə yetirilib. İlkin məlumata görə, iki qohum yeyib-içdikdən sonra hələ ki, bilinməyən səbəbdən onların arasında mübahisə yaranıb. Bu zaman F.İsmayılov bıçaqla N.Quluyevin boynunun şah damarını kəsərək onu qətlə yetirib.

Hadisəni törədən şəxs saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

AzNews.az