19:03
(077) 610-22-33

Yeməyin içində telefon tapıldı

  • >
228 30 Noyabr 2013 19:17 | Kriminal

2 saylı İstintaq təcridxanasına qadağan edilmiş əşyaların keçirilməsi cəhdinin qarşısı alınıb.

Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən ANS PRESS-ə verilən məlumata görə, bu gün həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində 1991-ci il təvəllüdlü, AR CM-nin 186.2.2; 233; 315.2 maddələri ilə təqsirli bilinərək həbs edilmiş Şükran Fətulla oğlu Mühübəliyevin etapla müəssisəyə daxil olan zaman üzərinə və əşyalarına baxış keçirilib.

Baxış zamanı, plastik kapron qabda olan toyuq ətindən hazırlanmış yeməyin içərisində, ağ politen sellofana bükülərək gizlədilmiş bir ədəd "Nokia-2690" markalı mobil telefon aşkar edilərək götürülüb.

Fakt üzrə araşdırma aparılır.


AzNews.az
Bağla X