02:08
(077) 610-22-33

Rusiyaya göndərilən 40 kq heroin tutuldu

  • >
771 14 Aprel 2014 20:27 | Kriminal

Tacikistan Milli Təhlükəsizlik Dövlət Komitəsi Rusiya üçün nəzərdə tutulan 40 kq Əfqanıstan heroini ələ keçirib.

Tacikistan Rusiyaya transfer üçün nəzərdə tutulan 40 kq ağırlığında heroin daşınmasının qarşısını alıb.

Bu barədə Tacikistan Milli Təhlükəsizlik Dövlət Komitəsinin mətbuat xidməti məlumat verib. Cinayətin üstü narkotik qaçaqmalçılığı ilə şübhəli iki böyük miqyaslı kuryer tutulduqdan sonra bəlli olub. Onların Özbəkistan üzərindən Rusiyaya göndəriş məqsədi ilə Tacikistanin şimalında yerləşən Xucanda boyuk miqdarda heroin gətirdiyi bəlli olub.

Hazırda həbs olunanların cinayət ortaqları araşdırılır.

Qeyd edək ki, Tacikistanın Əfqanıstanla 1300 kilometr uzunluğunda sərhədi var. Narkotiklərə nəzarət üzrə Tacikistan Agentliyinin analitik xidmətinin məlumatına görə, respublikaya son 15 ildə 30 ton narkotik vasitə daxil olub ki, bunun da dörddəbir hissəsini heroin təşkil edir.(ANS)
Bağla X