22:27
(077) 610-22-33

Bakının mərkəzindəki əxlaqsızlıq yuvasında qan düşdü – FOTO + VİDEO

  • >
6 570 8 Avqust 2014 19:00 | Kriminal

Son vaxtlar Bakıda “masaj salonu” adı altında fəaliyyət göstərən əxlaqsızlıq yuvalarında baş verən kriminal olaylar bir-birini əvəzləyir.

Bu məkanlarda baş verən əksər davalar, hadisələr məharətlə gizlədilsə də, dünən AzNews.az-a maraqlı fakt daxil olub.
Xəbərə görə, dünən gecə saat iki radələrində paytaxtın Süleyman Rüstəmov küçəsində yerləşən "masaj salonu"nda müştəri ilə "masajçı" arasında mübahisə qanlı davaya çevrilib.

Mübahisəyə səbəb isə "masajçı"nın müştəridən əlavə pul istəməsi olub. Əlavə xərcə düşmək istəməyən şəxs ona "xidmət göstərən" qadına ödənişi qapıdakı "baş masajçı"ya etdiyini xatırladıb.
"Masajçı" isə ona əlavə "xidmətlər" göstərdiyini buna görə də "zəhmət haqqısının" verilməsini tələb edib. Bundan sonra tərəflər əlbəyaxa olublar.

Əsəblərinə hakim ola bilməyən "masajçı" mətbəxtdən bıçaq götürərək, müştərinin qoluna sancıb.

Müştəri isə dərhal əraziyə "102" xidmətinə müraciət edib. Hadisə yerinə gələn Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Bölməsinin 20-yə yaxın əməkdaşı obyektdəki müştəriləri bölməyə aparıblar.

22-ci polis bölməsindən faktı təsdiqləyiblər. Bölmənin adının çəkilməsini istəməyən əməkdaşı bildirib ki, 30-a yaxın müştəri və "masajçı" bölməyə gətirilib. Əməkdaşımız hadisə barədə əlavə məlumat öyrənmək istəsək də, bölmə əməkdaşı ona Nəsimi Polis İdarəsinə müraciət etməyi məsləhət bilib. İdarədən isə bildirilib ki, qanlı olayla bağlı Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat verə bilər.

Nazirliyin mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov isə hadisə barədə heç bir məlumata malik olmadığını deyib.
Qeyd edək ki, dava ilə bağlı məlumat aldıqdan 1 saat sonra AzNews.az-ın əməkdaşı hadisə yerinə çatıb.

Məlum olub ki, polislər "masaşçıları" və müştəriləri bölməyə aparmaqla kifayətlənməyiblər. Onlar həm də obyekti qıfıllayıblar (Foto əlavə olunub).

Xatırladaq ki, bir müddət öncə AzNews.az-da Nəsimi rayonu ərazisində yerləşən masaj salonu adı altında fəaliyyət göstərən fahişəxanalardan video reportaj təqdim olunmuş və həmin material geniş rezonansa səbəb olmuşdu. Həmin yazını BURADAN oxuya bilərsiniz.








Azər
AzNews.az
Bağla X