- Köhnə - Kriminal
- 10 Mart 2015 14:39
- 4 102
17 cinayət “isti izlər”lə açıldı
Azərbaycanın daxili işlər orqanları tərəfindən gün ərzində 50 cinayət faktı qeydə alınıb, onların da 17-si “isti izlər”lə açılıb.
AZNEWS.AZ xəbər verir ki, bu haqda məlumatı Daxili İşlər Nazirliyinin mətbuat xidməti yayıb.
Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 10 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.
Respublikanın avtomobil yollarında 7 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 5 nəfər ölüb, 8 nəfər yaralanıb.
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 1 fakt müəyyən edilib.
Cinayət törətdiklərinə görə 15 nəfər tutulub.