19:20
(077) 610-22-33

“12 korrupsioner iş başında yaxalanıb” – Zakir Qaralov

  • >
3 341 1 Oktyabr 2015 11:01 | Kriminal

İl ərzində Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Əməliyyat şöbəsi tərəfindən keçirilmiş 10 əməliyyat tədbiri nəticəsində korrupsiya cinayəti törədən 12 şəxs cinayət başında yaxalanıb.


AzNews.az-ın məlumatına görə, bu barədə məlumat baş prokuror Zakir Qaralovun "Azərbaycan" qəzetində dərc olunan məqaləsində yer alıb. O bildirib ki, 12 nəfər barəsində 11 cinayət işi başlanıb: "2014-cü ildə Baş İdarədə 9145 ərizə və şikayətə baxılıb ki, onlardan 5951 müraciət qurumun "Qaynar xətt" əlaqə mərkəzinə daxil olub. Həmin müraciətlərin 21-i üzrə müvafiq əsaslar müəyyən olunduğundan Cinayət Məcəlləsinin müxtəlif maddələri üzrə cinayət işi başlanaraq istintaq aparılıb. Ümumilikdə, il ərzində Baş İdarə tərəfindən 326 cinayət xarakterli müraciət və məlumat araşdırılıb ki, onlardan da 98-i mənimsəmə, 85-i dələduzluq, 57-si vəzifədən sui-istifadə etmə, 27-si saxta sənəddən istifadə etmə, 25-i rüşvət, 4-ü qanunsuz kredit alma, 3-ü vergi ödəməkdən yayınma, 3-ü qanunsuz sahibkarlıq, 1-i qaçaqmalçılıq, 1-i kompüter sisteminə qanunsuz daxil olma, 22-si isə digər cinayətlərlə əlaqədar olub. İl ərzində Baş İdarənin Əməliyyat şöbəsi tərəfindən keçirilmiş 10 əməliyyat tədbiri nəticəsində korrupsiya cinayəti törədən 12 şəxs cinayət başında yaxalanıb.

12 nəfər barəsində 11 cinayət işi isə Əməliyyat şöbəsinin əməkdaşlarının apardığı araşdırma nəticəsində başlanıb. 2014-cü il ərzində Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən 333 şəxs barəsində 206 cinayət işi baxılması üçün məhkəmələrə göndərilib, həmin işlərdən 171 iş maddi ziyanla əlaqədar olub ki, vurulmuş 76 milyon manatdan yuxarı ziyanın 72 faizinin istintaq zamanı ödənilməsi təmin edilib".
Top xəbərlər
Bağla X