05:47
(077) 610-22-33

Ana oğlunu döyə-döyə öldürdü - DƏHŞƏT

  • >
1 044 6 Dekabr 2012 16:03 | Maraqlı

İsveçrənin "Le Matin" qəzetində yer alan xəbərə görə, İngiltərədə bir ana 7 yaşlı oğlunu Quranı əzbərləmədiyi üçün dəyənəklə döyərək öldürüb.

Hadisə 2010-cu ildə İngiltərənin Kardiff şəhərində baş verib. Evlərində yanğın çıxdığını və bu zaman 7 yaşlı oğlunun öldüyünü deyən əslən hindli olan müsəlman qadın istintaqdan sonra azad edilmişdi. Lakin polisə verilən məlumat nəticəsində aparılan tibbi ekspertizadan sonra 7 yaşlı uşağın yanğından əvvəl dəyənəklə döyülərək öldürüldüyü məlum olub.

Yenidən istintaqa cəlb olunan qatil ana oğlunu Quranı əzbərləmədiyi üçün döyə-döyə öldürdüyünü etiraf edib. Qadın ailədən davamlı olaraq ona təzyiqlər edildiyini və içindəki şeytanın ona uşağını öldürməsi üçün səslər gəldiyini deyib.

Tərlan
AzNews.az
Bağla X