05:48
(077) 610-22-33

Şəhərdə “uçan boşqab” HƏYƏCANI

  • >
338 15 Fevral 2013 08:36 | Maraqlı

Bu gün səhər saatlarında Uralda naməlum obyekt partlayıb



Nəticədə ətrafda mobil telefon rabitəsi kəsilib, əhali qorxuya düşüb. Çelyabinskdəki Sadka şəhərində baş verən hadisədə evlərin pəncərələri sınıb, bəzi şəxslər xəsarət alıb. Polis gücləndirilmiş rejimə keçib, bəzi ərazilərdən insanlar evakuasiya edilib. Şəhərin bütün strateji və həyat əhəmiyyətli obyektləri mühafizəsi gücləndirilib. İnsanlar partlayışı "uçan boşqablar" və yadplanetlilərlə əlaqələndiriblər.

Fövqəladə Hallar Nazirliyi hadisə ilə bağlı araşdırma apararaq əhalidə qorxu hissi yaradan hadisənin meteorit yağışı olduğunu bildirib.
Mütəxəssislər belə hesab edir ki, meteroit müəyyən təsirlərdən göy üzündə bir neçə hissəyə parçalanıb və bu partlayış insanların yad planetlilər barədə düşünməsinə səbəb olub.

Elnarə Əlosmanqızı
AzNews.az

Bağla X