Amerikalı xanım bir günün içində iki dəfə lotereya oynayaraq bir milyon dollar qazanıb. Amerikalı xanım bir günün içində iki dəfə lotereya oynayaraq bir milyon dollar qazanıb.

Bir günün içində milyonçu oldu

Amerikalı xanım bir günün içində iki dəfə lotereya oynayaraq bir milyon dollar qazanıb.

Bu barədə AzNews.az xarici mətbuata istinadən xəbər verir.

Şimali Karolinadan olan üç uşaq anası Kimberli Morris bir gündə iki lotereya bileti alıb və ümumilikdə bir milyon dollardan çox pul udub.

Əvvəlcə qadın bir "Diamond Dazzler" biletini alıb və bununla 10 min dollar qazanıb. Xanım qazancı lotereyanın mənzil gərargahından götürüb evə qayıdarkən, yolda həmin lotereya biletindən birini də alaraq, şansını bir daha sınamaq qərarına gəlib. Nəticədə o, 1 milyon dollar udub.

Morris lotereya qərargahına qayıdıb. Burada ona ya 20 il müddətində 50 min dollar və ya nağd 600 min dollar təklif ediblər. Qadın ikinci varianta razılaşıb.

Bütün vergiləri ödədikdən sonra evinə 420 min dollarla geri dönüb. İndi Kimberli qazancın müəyyən bir miqdarını uşaqlar arasında bölüşdürməyi, qalan hissəsini isə investisiya kimi istifadə etməyi planlaşdırır.