Rus ordusunun Sovet İttifaqının çökməsindən sonra ilk irihəcmli hərbi təlimləri keçiriləcək. Rus ordusunun Sovet İttifaqının çökməsindən sonra ilk irihəcmli hərbi təlimləri keçiriləcək.

Rusiya SSRİ-nin çökməsindən sonra ən böyük hərbi təlimə başlayır

Rus ordusunun Sovet İttifaqının çökməsindən sonra ilk irihəcmli hərbi təlimləri keçiriləcək.

Rusiyanın müdafiə naziri Sergey Şoyqu Sibir və Uzaq Şərq bölgələrində baş tutacaq “Vostok-2018” adlı hərbi təlimlərin həm miqyası, həm əsgər sayı, həm də texnika baxımından misli görünməmiş olacağını vurğulayıb.

AzNews.az “Sputniknews”a istinadən bildirir ki, nazir açıqlamasında hərbi təlimlərdə Çin və Monqolustandan da qüvvələrin iştirak edəcəyini qeyd edib.

S.Şoyqu vurğulayıb ki, bu təlimlər SSRİ-nin 1981-ci ildə Estoniya, Latviya, Litva, Ukrayna, Belarus və Varşava paktını imzalamış ölkələrin ərazisində keçirdiyi hərbi təlimlərdən sonra ən böyük hadisə olacaq.

Nurlan AĞA
AzNews.az