17:53
(077) 610-22-33

Azərbaycanda *.az domeni üstünlük təşkil edir- STATİSTİKA

  • >
1 038 1 May 2013 19:54 | Maraqlı

Bu günə kimi Azərbaycanda 17569 domen adı qeydə alınıb və onların sayının bu il ərzində artımı gözlənilir.


Bu il isə ölkədə cəmi 2110 domen qeydə alınıb, 858-i qeydiyyatdan çıxarılıb və ilin əvvəlindən domen adlarının xalıs artımı 1252 domen təşkil edib.

Hazırda Azərbaycanda 16385-*.az, 699-*.com.az, 172-*.edu.az, 91-*.org.az, 54-*.net.az, 42-*.int.az, 41- *.co.az, 39-*.pp.az, 23 -*.info.az, 11- *.biz.az, 3 -*.name.az domeni istifadə olunur.

Son üç ildə *.az domen zonasında kəskin artımı müşahidə olunur və 2009-cu ildə illik artım 2 min domen təşkil edirdisə, 2010-cu ildə bu göstərici – 3 min, 2011-ci ildə isə- 4387, 2012-ci ildə – 5478 domen adı olub.

Lakin hər il yeni domenlərin yaradılması ilə yanaşı, istifadə olunmayan və ya xidmət haqqı ödənilməyən domenlərin qeydiyyatdan çıxarılmasıda müşahidə olunur. Bunun nəticəsində 2012-ci oldə *.az domeninin xalis artımı 3039 domen adı təşkil edib, bu da 2011-ci illə müqayisədə 40% çoxdur.

Bu ilin birinci kvartalında müşahidə olunan artım tempi davam etdiyi halda, ilin sonuna kimi milli domenlərin xalis artımı 4500-dək təşkil edəcəyini gözləmək olar.//anspress//

AzNews.az
Bağla X